Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.

ETİHİ Yardımlı rayon komitəsinin təşkilatçılğli ilə Yardımlı Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, təhsil sektorunun əməkdaşı Pənah Tağıyev, ETİHİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov və məzunlar iştirak ediblər.
Çıxış edənlərdən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Pəhah Tağıyev, Azər Əkbərov və valideyinlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etdilər.
Bu il rayonun 153 məzunu tələbə adına layiq görülüb, onlardan 9-u 600-dən yuxarı nəticə göstərib.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli xatirə hədiyyələri təqdim edildi.






