“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Yarım qalan arzular"

11/06/2026, 17:51
xeber1

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin, Şəki Şəhər Heydər Əliyev Mərkəzinin, Şəki Şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala Folklor Evinin və Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində Şəki Dövlət Regional Kollecinin texniki işçisi Zöhrə Cabbarzadənin oğlu şəhid Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunmuş “Yarım qalan arzular” adlı tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə şəhid Məmmədiyə Cabbarzadənin həyat və şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.


Çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov və şəhid anası Dursun Cavadova şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların göstərdikləri qəhrəmanlıq nümunələrindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətindən bəhs ediblər.


Tədbirin bədii hissəsində Narınqala Folklor Evinin, Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin, Uşaq İncəsənət Məktəbinin və Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərinin ifasında Vətənə, qəhrəmanlığa və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş musiqilər, rəqs nömrələri və ədəbi-bədii kompozisiyalar təqdim edilib.


Tədbirin sonunda şəhid Məmmədiyə Cabbarzadənin valideynləri çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə və iştirakçılara dərin minnətdarlıqlarını bildiriblər.


Sonda şəhid ailələrinin üzvləri üçün çay süfrəsi təşkil olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: