“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yarməmmədli Samir və onun coğrafiya müəllimi Kamilli Orxan müəllimin mükafatlanma mərasimi keçirilmişdir.

18/05/2026, 22:49
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbində  Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş məktəbin X sinif şagirdi Yarməmmədli Samir və onun coğrafiya müəllimi Kamilli Orxan müəllimin mükafatlanma mərasimi keçirilmişdir. 


Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəbin müəllim şagird kollektivi və valideynlər iştirak etdilər.RFO final mərhələsində qalib olmuş məktəbin X sinif şagirdi Yarməmmədli Samir və onun müəllimi Kamilli Orxan haqqında xoş sözlər söynəlindi ,gələcək fəailiyyətlərində uğurlar arzulandı və ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı. 


Samir və onun müəllimi Orxan müəllimi rayonun təhsil ictimaiyyəti adından təbrik edirik, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: