“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Yaşamağa tələsməyin”

26/10/2026, 15:20
xeber1

Şəki Heydər Əliyev Mərkəzində Xalq şairi Vahid Əzizlə “Yaşamağa tələsməyin” adlı görüş keçirilib.


Görüşdə çıxış edənlər, o cümlədən ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva Xalq şairi Vahid Əzizin zəngin yaradıcılığından, Azərbaycan poeziyasına verdiyi töhfələrdən və şeirlərində əks olunan mənəvi dəyərlərdən bəhs ediblər.


Tədbir çərçivəsində şairin müxtəlif mövzularda qələmə aldığı şeirlər səsləndirilib, sözlərinə bəstələnmiş musiqi əsərləri ifa olunub. İştirakçılar şairin yaradıcılığına maraq göstərərək onun şeirlərindən nümunələr söyləyib, Vahid Əzizə suallar ünvanlayıblar.


Səmimi söhbət şəraitində keçən görüşdə ədəbiyyatın və poeziyanın insan həyatında, mənəvi dünyanın zənginləşməsində mühüm rolu vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: