Xəbərlər
Yasamal təhsil işçiləri voleybolda qrup mərhələsini məğlubiyyətsiz başa vurdu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı davam edir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsi Bakı şəhəri rayonlararası yarışlarda təmsil olunur. Kişilərdən ibarət komanda qrup mərhələsində uğurlu çıxış edərək 3 oyunda 3 qələbə qazanıb.
Komanda ilk oyunda ETİHİ Xətai rayon komandasına 2:0 hesabı ilə qalib gəlib, ikinci oyunda ETİHİ Nizami rayon komandasını 2:0 hesabı ilə məğlub edib, üçüncü oyunda isə ETİHİ Qaradağ rayon komandası ilə görüşdə 0:1 hesabı ilə geri düşməsinə baxmayaraq oyunu çevirərək 2:1 hesabı ilə qələbə qazanıb.
Növbəti mərhələdə komanda 20 aprel tarixində ETİHİ Xəzər, 21 aprel tarixində isə ETİHİ Suraxanı rayon komandaları ilə qarşılaşacaq. Daha sonra yarımfinal və final mərhələlərinin keçirilməsi nəzərdə tutulur.
Komandaya qarşıdakı oyunlarda uğurlar arzulayırıq.








