“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş XXII daxili debat turniri.

09/12/2024, 20:16
xeber1

7-8 dekabr tarixlərində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində Bakı Slavyan Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Bakı Slavyan Universiteti Debat Klubunun təşkilatçılığı ilə "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş XXII daxili debat turniri keçirilmişdir.


Turnirin mövzusu "Enerji tələbatının yenilənə bilən enerji mənbələri ilə təmin edilməsinə yatırılan sərmayə, bu sektorun iqtisadi səmərəliliyindən üstün tutulmalıdır" olmuşdur.


Turnirdə 8 komanda iştirak etmişdir.

"Hunters" və "Pionerlər" komandaları final mərhələsinə vəsiqə qazanıblar. Nəticədə, "Hunters" komandası turnirin çempionu olmuşdur.🏆

Sosial şəbəkələrdə paylaş: