“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yay düşərgəsində tələbələr bir araya gəldi

09/09/2025, 21:50
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı (AHİK) Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tələbələrin yay tətilini səmərəli və mənalı keçirmələri üçün yay düşərgəsi təşkil edib.


“Təhsil” istirahət mərkəzində yaradılan düşərgə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Məqsəd tələbələrə sağlam istirahət imkanı yaratmaq, onların sosial, intellektual və yaradıcı inkişafına dəstək göstərməkdir.

 

Düşərgənin proqramında milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzuları, diskussiya panelləri, elmi müzakirələr, maarifləndirici təlimlər, idman və əyləncə yer alıb.


Yay düşərgəsində müxtəlif ali, orta ixtisas və peşə təhsili müəssisəsindən gənclər iştirak edir. Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri müxtəlif konsert proqramlarını təqdim edirlər.


Qeyd edək ki, bu mövsümdə ümumilikdə 7300-dən çox ittifaq üzvü “Təhsil”də istirahət edib. 800 nəfərə yaxın gənc isə mövsümün sonuncu qonaqlarıdır. Düşərgə sentyabrın 13-nə qədər davam edəcək.

Sosial şəbəkələrdə paylaş: