Xəbərlər
YENİ TƏDRİS İLİNDƏ ŞƏHİD ANASI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Yeni tədris ilinin başlanması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin nümayəndə heyəti şəhid ailəsi ilə görüş keçirib.
Görüş Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Abbasov Akif Elşən oğlunun anası Xanım Mehdiyeva ilə keçirilib.
Görüşdə məktəbin direktoru Samirə Nəsirova, ETİHİ Ağcabədi Rayon Komitəsinin Müharibə işləri üzrə komissiyasının sədri, Samirə Xuduyeva, Uşaq-Gənclər İnkişaf Mərkəzinin həmkarlar təşkilatının sədri Afət Zeynalova və digər nümayəndələr iştirak ediblər.
Səmimi görüş zamanı Xanım Mehdiyevaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni tədris ilində uğurlar arzulanıb. Xanım müəllim isə tədris ilində gözlənilən yeniliklərdən, şagirdlərindən və müəllimlik fəaliyyətindən qürurla bəhs edib.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək, onların yanında olmaq hər birimizin mənəvi borcudur.
ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq yeni tədris ili ərəfəsində təhsil sahəsində çalışan şəhid ailələrini ziyarət etməyi və onların qayğılarını bölüşməyi özümüzə borc bilirik.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir!












