Xəbərlər
Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov,Milli Məclisin deputatı Anar Məmmədov, YAP ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və partiya veteranları iştirak ediblər. Yeni Azərbaycan Partiyasının sıra saylarının artırılmasında, İctimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Tərtər rayon komitəsinin sədri Aslanov Niyaməddin Mirov oğluna Yeni Azərbaycan Partiyasının Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov tərəfindən fəxri fərman ilə təltif olunmuşdur






