“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yeni çempionumuz – rayonumuzun fəxri

16/03/2026, 15:17
xeber1

Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Məmmədzadə İbrahim növbəti dəfə böyük uğura imza ataraq sərbəst və yunan-Roma güləşi üzrə keçirilən U15 çempionatında Azərbaycan çempionu olmuşdur. Bu qələbə təhsil ocağının şagirdlərinin əzmkarlığının, idmana olan marağının və məqsədyönlü hazırlığının bariz nümunəsidir.


Bu nailiyyətin əldə olunmasında şagirdin şəxsi zəhməti ilə yanaşı, onun məşqçisi – Rəsul Rza adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, Əməkdar məşqçi Kamran müəllimin əməyi xüsusi vurğulanmalıdır. Kamran müəllimin illərdir gənc idmançıların yetişməsinə göstərdiyi diqqət, peşəkarlıq və fədakar fəaliyyəti bu cür uğurların qazanılmasında mühüm rol oynayır.


Bu münasibətlə Məmmədzadə İbrahimi, onun məşqçisi Kamran müəllimi təbrik edir, gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: