Xəbərlər
Yeni il hədiyyələri təqdim edilmişdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon üzrə təhsil sektoru və ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının ailələri ziyarət edilmiş, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik olunmuş, onlara Yeni il hədiyyələri təqdim edilmişdir.
Bununla yanaşı, ittifaq üzvlərinin övladlarına, eləcə də məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan azyaşlı uşaqlara AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ayrılmış bayram hədiyyələri çatdırılmışdır. Göstərilən diqqət və qayğıya görə şəhid ailələri və ittifaq üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsininrəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Yeni il bayramı ərəfəsində Həmkarlar İttifaqları tərəfindən azyaşlı uşaqlara bayram hədiyyələrinin təqdim olunması uzun illərdir davam edən sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə dəuğurla davam etdirilmişdir.














