“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının şəhər-rayon komitələrinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün təntənəli bayram tədbiri keçirildi.

26/12/2025, 09:55
xeber1

"Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının şəhər-rayon komitələrinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün təntənəli bayram tədbiri keçirildi. Tədbirdə çıxış edənlər bu əlamətdar günlərin xalqımızın birlik, həmrəylik və milli dəyərlərimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladılar, təhsil işçilərini "Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə səmimi-qəlbdən təbrik etdilər, onlara möhkəm can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzuladılar. Yeni il sevincinin və Həmrəylik ruhunun birləşdiyi bu bayram tədbiri xoş əhval-ruhiyyə şəraitində keçdi. Təhsil işçiləri ilə bir arada olmaq, onlarla səmimi ünsiyyət qurmaq, bayram ovqatını bölüşmək tədbirə xüsusi mənəvi dəyər qatdı və iştirakçılarda xoş təəssüratlar yaratdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: