Xəbərlər
Yeni il ,yeni uğurlar gətirsin!
30/12/2025, 09:09

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, Regional Təhsil İdarəsinin məsul əməkdaşları, həmçinin region üzrə 5 rayonun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı təşkilatlarının sədrləri iştirak etmişdir.
Çıxışlarda xalqımızın milli birliyi, həmrəyliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həmçinin təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs olunmuşdur.












