“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yeni tədris ili başladı

15/09/2026, 15:48
xeber1

Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.


Tədbirdə ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov, Elm və Təhsil Nazirliyinin əməkdaşı Leyla Abbaslı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova, məktəbin direktoru Elşən Quliyev, müəllimlər və məktəb kollektivi iştirak ediblər.


Tədbirdə çıxış edən Fəxrəddin Eyvazov yeni tədris ilinin başlanmasının müəllim və şagirdlər üçün yeni məqsəd və imkanlar yaratdığını bildirib. O, müəllimlərə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayaraq, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Fəxrəddin müəllim yeni tədris ilinin uğurlu nəticələr və yüksək nailiyyətlərlə yadda qalacağına əminliyini ifadə edib.


Yeni tədris ilinin bütün müəllim və şagirdlər üçün uğurlu, məhsuldar və nailiyyətlərlə zəngin keçməsini arzulayırıq

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: