Xəbərlər
Yeni tədris ilini yüksək nəticələrlə qarşılayan və rayon üzrə ilk onluqda yer alan müəllimlərlə görüş keçirilib.

QRTİ Ağcabədi rayon üzrə təhsil müəssisələrində tədris ilinin ilk həftəsindən müəllimləri yüksək əhval ruhiyyə ilə ETİHİ Ağcabədi Rayon Komitəsi qarşıladı
Bu gün biz elmə, maarifə və gənc nəslin inkişafına canla-başla çalışan, fədakar müəllimlərimizlə bir araya gəldik. Yeni tədris ilini yüksək nəticələrlə qarşılayan və rayon üzrə ilk onluqda yer alan müəllimlərimizin uğurları gələcəyə böyük inam verir.
QRTİ Ağcabədi rayon üzrə Təhsil Sektorunun müdiri Teymur Qasımov cıxışında yeni tədris ilinə hazırlıqla bağlı fikirləri tədris ilinin uğurları yeni metodların və texnologiyaların tətbiqi yolları müzakirə edildi. Təhsildə uğur qazanmış müəllimləri təbrik etdi.
Müəllimlərimiz bir daha sübut etdilər ki, səbr, zəhmət və sevgi ilə qurulan təhsil gələcəyimizin ən etibarlı təminatıdır.
Sonda Həmkarlar Təşkilatının üzvülərinə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edildi.
















