“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

01/09/2026, 10:04
xeber1

Yevlax rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Əsaslı şəkildə yenidən qurulan Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşarı, Yevlax rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin müqəddəs Ruhuna öz ehtiramlarını bildiriblər.

Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda 2026–2027-ci tədris ilində qarşıya qoyulan əsas hədəflər, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə əlverişli təhsil mühitinin yaradılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevda Kərimova, “Əməkdar müəllim” Zərxanım Əhmədova çıxış edərək Yevlax təhsil işçilərini təbrik edib, qarşıdan gələn yeni tədris ilində onlara uğurlar arzulayıblar. Konfransda həmçinin məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsi, məktəbdaxili qiymətləndirmənin şəffaf və obyektiv təşkili, aşağı nəticə göstərən şagirdlərlə məqsədyönlü işin aparılması və qabaqcıl təcrübənin paylaşılmasının əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: