“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yeni üzv həmkarlarla görüş ETİHİ Ağstafa

10/10/2025, 21:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən

Müəllimlərin İşə Qəbulu müsabiqəsi nəticəsində Qazax - Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinə qəbul olunmuş yeni işçilərin hüquqi maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilib.

Tədbirdə çıxış edən ETİHİ Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva yeni müəllimləri təbrik edərək onların qarşısında duran vəzifələr, həmçinin həmkarlar təşkilatının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Həmkarlar İttifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının qorunması, onların əmək münasibətlərində hüquqi savadlılığının artırılması daim diqqət mərkəzində saxlanılır.

Tədbirdə həmçinin yeni işə qəbul olunan müəllimlərə Həmkarlar İttifaqına üzvlük, kollektiv müqavilələrin əhəmiyyəti, əmək qanunvericiliyinin əsas müddəaları və təhsil işçilərinin hüquq və vəzifələri barədə məlumatlar verilib.

Sonda iştirakçılar maarifləndirici söhbətlərdə fəal iştirak etdiklərinə görə təşəkkür edilib və onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.

Həmçinin tədbir iştirakçıları müəllimlik peşəsinə, təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

#AHİK

#ETIHI

#ETİHİAĞSTAFA

#QAZAXTOVUZRTİ

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: