Xəbərlər
Yenikənd kənd və Salahlı kənd ümumtəhsil məktəblərinin kollektivi üçün gəzinti-istirahət turu təşkil edilib.

Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı iləYenikənd kənd və Salahlı kənd ümumtəhsil məktəblərinin kollekti üçün Azərbaycanın dilbər guşələrindən biri olan Gədəbəy və Qəbələ rayonuna gəzinti-istirahət turu təşkil olunmuşdur.
Turun təşkil edilməsində əsas məqsəd gərgin və məsuliyyətli tədris ili ərzində çalışan müəllimlərin və texniki heyətin asudə vaxtını səmərəli keçirmək, kollektiv daxilində birlik, mehribanlıq və komanda ruhunu daha da gücləndirməkdir.
Gəzinti zamanı kollektiv üzvləri rayonun füsunkar təbiətini seyr etmiş, rayonun tarixi və gəzməli yerləri ilə tanış olmuşlar. Təbiət qoynunda, xoş və səmimi ab-havada keçən istirahət günü müəllimlərə gərgin iş rejimindən ayrılaraq yüksək enerji və motivasiya toplamaq imkanı vermişdir.
Məktəbin kollektivi asudə vaxtın bu cür maraqlı və yaddaqalan təşkilinə görə Həmkarlar İttifaqı rəhbərliyinə öz dərin təşəkkürünü bildirmişdir.




