“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

YENİYETMƏLƏR ARASINDA ATLETİKA ÜZRƏ RAYON TURNİRİ

28/10/2026, 10:28
xeber1

Ağcabədi Olimpiya İdman Kompleksində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə oğlan və qızlar arasında 60 metr məsafəyə qaçış üzrə rayon turniri keçirilib.

Turnirin əsas məqsədi rayon çempionlarını müəyyənləşdirmək, yeniyetmə idmançılar arasında dostluq və həmrəylik münasibətlərini möhkəmləndirmək, sağlam həyat tərzini təşviq etmək və gənc nəslin idmana marağını artırmaq olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin fəaliyyət istiqamətlərindən biri də təhsil müəssisələrində çalışan fiziki tərbiyə müəllimlərinin qabaqcıl iş təcrübəsini öyrənmək və yaymaq, onların fəaliyyətini dəstəkləmək, idmanın inkişafına töhfə verməkdir.

Hər bir müəllimin yetirməsi onun zəhmətinin və əməyinin bəhrəsidir. Müəllimlərin peşəkarlığı, əzmkarlığı və gənc nəslə göstərdikləri diqqət sayəsində təhsil müəssisələrində yetişən yeniyetmə idmançılar respublika və beynəlxalq yarışlarda uğurlar qazanırlar. Bu nailiyyətlər müəllimlərin fədakar əməyinin və idmana olan sevgisinin bariz nümunəsidir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi adından turnirin təşkilində əməyi olan məşqçi-müəllimlərə təşəkkürümüzü bildirir, bütün iştirakçıları və qalibləri təbrik edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: