“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Peşə Məktəbində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

16/10/2026, 10:37
xeber1


Yevlax Peşə Məktəbində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəbi Mehdizadə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixindən, bu yolda qazanılan uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanılmasındakı xilaskarlıq missiyasından və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpasının tarixi əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edənlər:


İstehsalat təlimi ustaları Həsən Məmmədov və Mərcan Məmmədova

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Vüsal Qasımov

"Tədbirlər təşkilatçısı" ixtisası üzrə təhsil alan tələbə Sevinc Əliyeva

öz ürək sözlərini bölüşərək müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu vurğulayıb, gənclərin vətənpərvərlik ruhunda yetişməsində peşə təhsilinin rolunu qeyd ediblər.

Müstəqilliyimiz əbədi, birliyimiz sarsılmaz olsun

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: