Xəbərlər
Yevlax Peşə Məktəbində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir təşkil olunub
Yevlax Peşə Məktəbində 27 Sentyabr Anım Gününə həsr olunmuş təsirli tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Yevlax Peşə Məktəbində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 27 Sentyabrın tarixi əhəmiyyətindən, Zəfər yolumuzun başlanğıcından, şəhidlərimizin göstərdiyi misilsiz şücaət, qorxmazlıq və fədakarlıqdan ətraflı bəhs ediblər.
Tədbirin bədii hissəsində söz məktəbin istedadlı tələbələrinə verilib. Tələbələr vətənpərvərlik ruhunda çıxışlar edib, şeirlər səsləndirib və hazırladıqları səhnəcikləri təqdim ediblər. Əbədiyaşar qəhrəmanımız Xudayar Yusifzadənin və digər igidlərimizin canlandırıldığı kompozisiyalar və maraqlı interaktiv təqdimatlar iştirakçılara duyğulu, unudulmaz anlar yaşadıb.
Bu torpağı bizə Vətən edən, canları bahasına Zəfər tariximizi yazan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!



