“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Peşə Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

06/11/2026, 11:47
xeber1

6 noyabr tarixində Yevlax Peşə Məktəbində şanlı qələbəmizə həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" adlı bayram tədbiri baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Nəbi Mehdizadə çıxış edərək kollektivi və tələbələri Zəfər Günü münasibətilə təbrik edib, tarixi qələbənin əhəmiyyətindən və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsindən danışıb.

Tədbirdə Vətən müharibəsi iştirakçısı olan məktəbin qazi tələbəsi döyüş yolu haqqında məlumat verərək yoldaşlarını təbrik edib. Həmçinin məktəbin tələbəsi olan şəhid bacısı və digər müharibə iştirakçıları da tədbirdə iştirak ediblər.

Proqram tələbələrin hazırladığı azadlıq səhnəcikləri və rəqslərdən ibarət bədii kompozisiya ilə davam edib.

Sonda Zəfər Gününə həsr olunmuş bilik yarışında I, II və III yerləri tutan tələbələrə fəxri fərman və xüsusi hədiyyələr təqdim olunub. Zəfər Gününə həsr olunmuş idman oyunları çərçivəsində müxtəlif idman yarışları keçirilmiş və qalib tələbələr diplomlarla təltif olunublar.

Tədbirin təşkilində və məktəbin ictimai həyatında fərqlənən əməkdaşlar və tələbələrə xüsusi fəxri fərmanlar təqdim edilib.

Tədbir çərçivəsində məktəbin şəhid məzunu Elçin Salmanovun və Şəhidlərin məzarları ziyarət edilərək qəbirləri üzərinə qərənfillər qoyulub.

Zəfərimiz əbədi olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: