“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Peşə Məktəbində məzun günü keçirilib.

30/06/2026, 10:55
xeber1

Yevlax Peşə Məktəbində məzun günü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Nəbi Mehdizadə məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin sədri Əfsanə xanım Səlimova və Yevlax rayon Gənclər və İdman sektorunun müdiri Samir Kərimov çıxış edərək gənclərə öz xoş arzularını çatdırıblar.

Tədbir zamanı məktəbdə çalışmanın yaş həddinə (65 yaş) çatmış əməkdaşlara Fəxri fərman və xatirə hədiyyələri Əfsanə xanım Səlimova tərəfindən təqdim edilib.

Yığıncaqda məktəbin Tədris-təlim işləri üzrə direktor müavini Afət Əliyeva, istehsalat təlimi ustaları Simur Həsənov, Mirtofiq Bəşirov, Şahbaz Haqverdiyeva və Həsən Məmmədov da çıxış edərək məzunlara öz tövsiyələrini veriblər.

Rəsmi hissənin sonunda məktəbi fərqlənmə ("qırmızı") diplomu ilə bitirən, eləcə də təhsil illəri ərzində müəssisənin ictimai həyatında xüsusi fəallıq göstərən tələbələrə təşəkkürnamələr təqdim olunub.

Tədbir məzunların hazırladıqları bədii-əyləncəli hissə ilə davam edib.

Məzunları bir daha təbrik edir, onlara müstəqil həyatda və peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: