“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Peşə Məktəbində tələbələr arasında dama oyunu və ingilis dili üzrə intellektual bilik yarışı keçirilib

05/11/2026, 11:25
xeber1

Yevlax Peşə Məktəbində tələbələr arasında 8 Noyabr – Zəfər Gününün ildönümünə həsr olunmuş dama oyunu yarışları təşkil olunub. Tələbələrin böyük coşğu və həvəslə qatıldığı turnirdə gənclər bacarıqlarını sınayıblar. Yarış gərgin və maraqlı mübarizə şəraitində keçərək həm dostluq mühiti, həm də qələbə əzmi nümayiş etdirib. Tədbirin sonunda yarışda fərqlənərək yer tutan tələbələr fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Peşə məktəbində Zəfər Gününə həsr olunmuş ingilis dili üzrə intellektual bilik yarışı da keçirilib.Tələbələrin həm ingilis dili biliklərini, həm də dünyagörüşlərini sınadığı yarışın sonunda fərqlənən qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Bütün qalibləri təbrik edir, Zəfər sevincini əbədi yaşadan şəhidlərimizi minnətdarlıqla anırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: