“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax rayon Aran - 2 qəsəbə körpələr evi - uşaq bağçasını cari təmirdən sonra açılış tədbiri.

23/09/2025, 14:44
xeber1

22.09.2025 - ci il tarixdə Yevlax rayon Aran 2 qəsəbə körpələr evi -uşaq bağçasının cari təmirdən sonra açılış tədbiri keçirilib.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini ,Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri ,əməkdaşları,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin sədri,Şəhid ailələri və digər qonaqlar iştirak ediblər. Bağçanın açılış lenti kəsildikdən sonra qonaqlar otaqlara baxış ediblər.

Təşkil edilmiş tədbirdə bağçanın müdiri qonaqları salamlayaraq onlara səmimi təşəkkürünü bildirib.Qonaqlar yeni tədris ilində bağçanın fəaliyyətinə bol uğurlar arzu ediblər.

Tədbir uşaqların çıxışları, ifaları və rəqsləri ilə davam edib.

Sonda xatirə şəkilləri çəkilib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: