Xəbərlər
Yevlax rayon Aran qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki səhərinə ekskursiya ediblər.
27/06/2026, 11:14

"Şəhərsalma və memarlıq ili" ilə əlaqədar olaraq ETİHİ Yevlax Şəhər Komitəsinin dəstəyi ilə Yevlax rayon Aran qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki səhərinə ekskursiya ediblər. Ekskursiyanın təşkilində məqsəd kollektiv arasında ünsiyyətin möhkəmləndirilməsi, Şəki şəhərinin tarixi memarlıq abidələrinin ziyarət edilməsi və təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkilidir.
Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkür edirik.







