Xəbərlər
Yevlax rayon Balçılı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Hacıkənd şəhərinə bir günlük gəzintiyə gediblər.
01/07/2026, 12:27
Yevlax Şəhər Komitəsinin dəstəyi ilə Yevlax rayon Balçılı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Hacıkənd şəhərinə bir günlük gəzintiyə gediblər.
Ekskursiyanın təşkilində məqsəd kollektiv arasında ünsiyyətin möhkəmləndirilməsi, təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkilidir.
Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkür edirik.



