Xəbərlər
Yevlax rayon Əcəmi kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhərinə səfər edib.
28/06/2026, 10:28

Yevlax Şəhər Komitəsinin dəstəyi ilə Yevlax rayon Əcəmi kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhərinə səfər edib.
Ekskursiyanın təşkilində məqsəd kollektiv arasında ünsiyyətin möhkəmləndirilməsi, təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkilidir.
Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkür edirik.





