“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax rayon Kövər kənd T.İsmayılov adına tam orta ümumtəhsil məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib

16/03/2026, 15:13
xeber1

Yevlax rayon Kövər kənd T.İsmayılov adına tam orta ümumtəhsil məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.Tədbirdə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları ,məktəb rəhbərliyi və kollektivi , şagirdlər iştirak ediblər.

Tədbir Azərnaycan Dövlət Himninin səslənməsi ilə başlayıb.Sonra Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər kollektivi təbrik edib, xoş arzularını bildiriblər.

Novruzun rəmzləri olan Bahar qızı, Kosa və Keçəl iştirakçıları salamlayıb və yumurta döyüşüblər. Məktəbin şagirdləri mahnı oxuyub, rəqs edib, hazırladıqları tamaşa nümunələrini göstəriblər.

Bütün kollektivi təbrik edir, uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: