Xəbərlər
Yevlax rayon Qaraoğlan kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhər Şəki Yaylası istirahət güşəsinə səfər ediblər.
27/06/2026, 12:52

Yevlax Şəhər Komitəsinin dəstəyi ilə Yevlax rayon Qaraoğlan kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhər Şəki Yaylası istirahət güşəsinə səfər ediblər. Ekskursiyanın təşkilində məqsəd kollektiv arasında ünsiyyətin möhkəmləndirilməsi, təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkilidir.
Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkür edirik.







