“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Rayon Salahl kənd məktəbində “Şahin” hərbi-idman yarışının rayon mərhələsi keçirilib.

10/04/2026, 09:18
xeber1


Yevlaxda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Yevlax Şəhər Komitəsi ,MARTİ Yevlax Rayonu üzrə Təhsil Sektoru, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mərkəzi Aran Regional Fövqəladə Hallar İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman yarışının rayon mərhələsi keçirilib.

Tədbirdə X və XI sinif şagirdləri iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman yarışının mahiyyəti barədə məlumat verib və hər bir komandaya uğurlar arzulayıblar.

“Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.

Yevlax Rayon nəticələri aşağıdakı kimidir:


I yer - X.Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbin komandası

II yer - B.Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbin komandası

III - yer Nərimanabad kənd tam orta ümumtəhsil məktəbin komandası

“Şahin” hərbi-idman yarışında qalib gələn komandalar ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən hədiyyələrlə ilə mükafatlandırılıblar

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: