Xəbərlər
Yevlax Şahmatçıları Respublika birinciliyinə vəsiqə qazanıb.

27 - 31 / 2026 cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan
Şahmat Federasiyasının birgə təşkilatçılığı , Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8 , 10 , 12 ,14 , 16 yaşadək oğlanlar və qızlar arasında
şahmat üzrə ölkə çempionatının seçmə yarışlarının zona mərhələsi başa çatıb.
Göyçay şəhərində təşkil olunmuş yarışda məktəbimizin şahmatçıları Səlimli Nicat Tural oğlu 1ci (9 nömrəli tam orta məktəb) , Ağayeva Mələkxanım Elçin qızı 2 ci (8 nömrəli tam orta məktəb) yerləri tutaraq final mərhələsinə 2 vəsiqə qazanıblar. Bu münasibətlə
şahmatçılarımızı təbrik edir, final mərhələsində uğurlar arzu edirik.
Məşqçi müəllimlər :
1) Babayev Kamil Yusif
2) Xəlilbəyov Zahir Sabir











