“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Şəhər İcra Hakimiyyəti kollektivi şəhid və qazi övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.

01/06/2026, 11:10
xeber1

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Elm və Təhsil İşçuləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi və “Yevlax City Hotel” in birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri təşkil olunub.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax City Hotel” in direktoru Ramin Kuruqliyev çıxışlarında şəhid və qazi övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən uşaqlar üçün maraqlı əyləncə proqramı, musiqi nömrələri və Şən klounlar tərəfindən məzəli çıxışlar müxtəlif oyunlar təqdim edilib. Bayram ab-havasında keçən tədbir iştirakçılara xoş anlar yaşadıb, uşaqların sevinc və təbəssümü tədbirə xüsusi rəng qatıb.

Sonda şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: