Xəbərlər
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərin iştirakı ilə iftar süfrəsi təşkil olunub.

Yevlaxda iftar süfrəsi təşkil olunub
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərin iştirakı ilə iftar süfrəsi təşkil olunub.
Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Gəncə İmamzadə Ziyarətgah Kompleksi Dini İcmasının sədri Hacı Tahir Abbasov, Bərdə rayonundakı “Seyid Yusif Ağa” ocağının rəhbəri Hacı Seyid Səbuhi Yusifov, şəhid ailələri, qazilər, müharibə veteranları, hüquq-mühafizə orqanlarının rəhbərləri , rayonda fəaliyyət göstərən Həmlarlar İttifaqları sədrləri ,ETİHİ Yevlax Şəhər Komitəsi sədri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimin əvvəlində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz Əhmədov “Qurani-Kərim”dən ayələr oxuyub və xalqımızın, dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev , Bərdə rayonunda yerləşən “Seyid Yusif Ağa” ocağının rəhbəri, Seyid Səbuhi Yusifov, Gəncə İmamzadə Ziyarətgah Kompleksinin Dini İcmasının sədri Hacı Tahir Abbasov və Birinci Qarabağ Müharibəsi şəhidinin anası Kübra Ağayeva Ramazan ayının fəzilətlərindən danışaraq, bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, Ramazan ayı insanları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.
Daha sonra mərasim iştirakçılar birlikdə oruclarını açaraq Ramazan ayının mənəvi ab-havasını bölüşüblər.
Mərasimin gedişində rayonda dini, mənəvi dəyərlərin təbliği, qorunması və inkişafı sahəsindəki fəaliyyətlərinə görə Yevlax şəhər “Cümə” məscidinin imamı Nəsib Xəlilov və imam müavini Taleh Eyvazov Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.









