“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında “Xalqının qəlbində əbədi yaşayan Dahi Şəxsiyyət” mövzusunda anım tədbiri keçirilib.

15/12/2025, 12:33
xeber1

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında “Xalqının qəlbində əbədi yaşayan Dahi Şəxsiyyət” mövzusunda anım tədbiri keçirilib.

Anım tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı, Milli Məclisin deputatı , YAP Yevlax rayon təşkilatının sədri , Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu ,TİKA Bakı Proqram Koordinatoru , Koordinatorun müavini , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ETİHİ Yevlax Şəhər Komitəsinin sədri , Şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Recep Öztop çıxış etdikdən sonra Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən film nümayiş etdirilib.

Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri - Xalq artistləri Sevinc İbrahimova, Rəfael Bayramov, əməkdar artist Kəmalə Tağızadə, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, müğənni Elmir Pişnamazzadə tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan mahnıları səsləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: