“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri HəmkarlarİttifaqıYevlax Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

06/03/2026, 12:09
xeber1


ETİHİ Yevlax Şəhər Komitəsi

3d

 

·


Yevlax Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri HəmkarlarİttifaqıYevlax Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları,ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova və mühasibi Lamiyə Kərimova , rayonun idarə və müəssisələrinin qadın rəhbərləri, əməkdaşları, bir qrup təhsil işçiləri , Şəhid ailələrinin üzvləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı,müstəqilliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev iştirakçıları salamlayaraq, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov çıxışında qadınları təbrik edib, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıb.

Tədbirin gedişində Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid analarına gül dəstələri təqdim olunub.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallıqları ilə fərqlənən bir qrup qadın təhsil işçiləri , eləcə də ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova və komitənin mühasibi Lamiyə Kərimova , Yevlax Rayon üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və gül dəstələri ilə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: