Xəbərlər
Yevlax Şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 27 sentyabr anım günü münasibətilə keçirən tədbir.

Yevlax Şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 27 sentyabr anım günü münasibətilə tədbir təşkil edilib.
Tədbirdə məktəb rəhbərliyi və kollektivi,şəhid ailələri ,qazilər ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin mühasibi Lamiyə Kərimova iştirak edib.Tədbir Dövlət Himninin səslənməsi və vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru çıxış edərək bildirdi ki, Anım günü -şəhidlərin Azərbaycan Tarixinə qələbə yazmağa başladığı gündür. O, ümumtəhsil məktəbi olaraq şəhidlərimizin qəhrəmanlıqlarını ,xalqımızın igid oğullarının torpaq ,vətən uğrunda könüllü olaraq vuruşaraq canlarında keçdikləri barədə şagirdlərə çatdırmağın ən başlıca vəzifə olduğunu bildirib.
Daha sonra çıxış üçün söz Şəhid ailələri və qazilərə verilib.
Sonda şəhid ailələri və qazilərlə xatirə şəkilləri çəkilib.






