“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Şəhər Komitəsində Aprel Döyüşləri iştirakçıları olmuş ,qazi təhsil işçiləri ilə görüş keçirilib.

02/04/2026, 23:39
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsində Aprel Döyüşləri iştirakçıları olmuş ,qazi təhsil işçiləri , Yevlax Rayon T.İsmayılov adına Kövər kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Hüseynov Şəhriyar Müşfiq oğlu, Balçılı kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Zəkərəliyev Elnur Mətləb oğlu ilə görüş keçirilib.

Görüş zamanı Aprel döyüşləri iştirakçıları döyüş təəssüratlarından, igid övladlarımızın döyüş meydanında göstərdikləri igidliklərdən danışıblar. ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları qazilərə möhkəm sağlıq və uğurlar arzu edərək hədiyyələr təqdim ediblər.

İttifaq üzvlərinə göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürümüzü bildiririk

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: