Xəbərlər
Yevlax Şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində " İngilis dili " aylığına həsr edilmiş tədbir keçirilib

Yevlax Şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində " İngilis dili " aylığına həsr edilmiş tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi ,ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları ,məktəbin kollektivi, şagirdləri, şəhərin qabaqcıl ingilis dili müəllimləri və Şəki şəhərindən dəvət edilmiş ingilis dili müəllimləri iştirak ediblər.Tədbir Azərbaycan Dövlət Himninin və Birləşmiş Krallığın dövlət himninin səslənməsi ilə açıq elan edilib.Tədbirdə məktəbin şagirdlərinin iştirakı ilə müəllimlərin təşkil etdiyi maraqlı oyunlar ,səhnəciklər ,ingiliscə mahnı və şeir ifaları , rəqslər nümayiş etdirilib.Fəal iştirakçılar məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə və medalllarla təltif ediliblər.
Sonda ETİHİ Yevlax Şəhər Komitəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbərini gül buketi ilə, fəal müəllim Bahar Əbülfəti isə Fəxri Fərman ,gül buketi ilə təbrik edib





























