Xəbərlər
Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində şəhid övladları və Yevlax rayonu üzrə təhsil işçiləri olan qazilərin övladları üçün "Master-Klass" fəaliyyəti təşkil edilib.

16.03.2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin təşkilatçılığı ilə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində şəhid övladları və Yevlax rayonu üzrə təhsil işçiləri olan qazilərin övladları üçün "Master-Klass" fəaliyyəti təşkil edilib.
Fəaliyyətin həyata keçirilməsində Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Vəliyeva Şahnaz Qnyaz qızı ləvazimatların təşkilinə dəstək göstərərək masterlik edib. O, tədbirdə iştirak edən şəhid ,qazi övladlarına rəngli boyalarla əl işlərinin rənglənməsinə köməklik göstərib.
Şəhid və qazi övladları Master Klassda çox maraqla iştirak ediblər.
Sonda əl işləri şəhid, qazi övladlarına verilib, "Novruz hədiyyə"ləri təqdim edilib.
Göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ Respublika Komitəsinə xüsusi təşəkkür edirik.
"Master-Klass "ın təşkilində göstərdiyi dəstəyə görə Şahnaz Vəliyevaya dərin təşəkkür edirik.



























