“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kitabxanasında " Kitab Bağışlama Günü" ilə əlaqədar tədbir keçirilib.

13/02/2026, 10:11
xeber1

Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kitabxanasında " Kitab Bağışlama Günü" ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şagirdlər tərəfindən kitabla bağlı aforizmlər, hikmətli sözlər səsləndirilib, şeirlər söylənilib, kitabın tarixi ,əhəmiyyəti barədə video çarx izlənilib.

Kitab sadəcə kağız və mürəkkəb deyil. Kitab bilikdir, işıqdır, düşüncədir, gələcəyə açılan qapıdır.Bir kitab bağışlamaq – bir insana yeni dünya hədiyyə etmək deməkdir. Bəlkə də bu gün bağışladığımız bir kitab sabah bir uşağın həyat yolunu dəyişəcək, onun xəyallarına qanad verəcək.

Unutmayaq ki, oxuyan cəmiyyət güclü cəmiyyətdir. Paylaşdıqca bilik artır, artdıqca isə bizi daha işıqlı gələcəyə aparır.

Kitab ən dəyərli hədiyyədir – çünki o, bilik, ümid və işıq gətirir. Gəlin oxuyaq, paylaşaq və daha savadlı, daha güclü cəmiyyət quraq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: