“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbdə 28 May -Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

26/05/2025, 12:43
xeber1

Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbdə 28 May -Müstəqillik Günü münasibətilə tədbir keçirilib.Tədbir AzərbaycanRespublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsinin sədri və məktəbin direktoru çıxış edərək məktəb kollektivini və şagirdləri Respublika Günü münasibətilə təbrik edib,onlara uğurlar arzulayıblar.Ardınca siniflər tərəfindən hazırlanmış bədii kompozisiyalar nümayiş olunub.Tədbirin sonunda ATİAHİ Yevlax Rayon Komitəsi təhsildə göstərdikləri xidmətlərə görə iki təhsil işçisini Fəxri fərman və hədiyyələrlə təltif edib.

1.Kərimova Tahirə Oruc qızı

2.Vəliyeva Şahnaz Qnyaz qızı

Məktəb rəhbərliyi isə bir sıra fəal şagirdləri Təşəkkürnamə ilə mükafatlandırıb.

Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına dərin təşəkkürümüzü bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: