“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlax Şəhər Peşə Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi və Yevlax Şəhər Peşə məktəbinin birgə təşkilatçılığı ilə ittifaq üzvləri olan tələbələr arasında 26 Fevral – Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş "İntellektual Bilik” yarışı keçirilib.

25/02/2026, 11:27
xeber1

Yevlax Şəhər Peşə Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi və Yevlax Şəhər Peşə məktəbinin birgə təşkilatçılığı ilə ittifaq üzvləri olan tələbələr arasında

26 Fevral – Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş "İntellektual Bilik” yarışı keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ETİHİ Yevlax şəhər komitəsinin sədri Əfsanə Səlimova və komitənin müyəxəssisi Dərya Abdullayeva , məktəbin rəhbər heyəti, müəllim və əməkdaşları, eləcə də tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Xocalı faciəsinin unudulmaması, bu qanlı hadisə ilə bağlı tarixi həqiqətlərin gənc nəslə çatdırılması və milli-mənəvi dəyərlərin təbliğidir.

Bu məqsədlə keçirilən "İntellektual Bilik” yarışında ümumilikdə 8 komanda iştirak edib:

1.Ofis menecerləri

2.Əməliyyatçı mühasiblər

3.Nəzarətçi xəzinədar

4.Bitkiçilər

5.Kompüter inzibatçıları

6.Bərbərlər

7.Mehmanxana inzibatçıları

8.Dərzilər

Yarış zamanı iştirakçılar biliklərini, məntiqi düşünmə bacarıqlarını və yüksək komanda ruhunu nümayiş ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın nəticələrinə əsasən 3 komanda qalib olub.


I yer – Ofis menecerləri

II yer – Bərbərlər

III yer – Dərzilər

Qalib komandalar diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Tədbirin sonunda bir daha vurğulanıb ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu kimi maarifləndirici tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə, tarixi həqiqətlərin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

Xocalı faciəsi qurbanlarının xatirəsi daim dərin hörmət və ehtiramla anılır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: