Xəbərlər
Yevlax Şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə 27 sentyabr -Anım günü münasibətilə tədbir keçirilib.

Yevlax Şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə 27 sentyabr -Anım günü münasibətilə tədbir keçirilib.Tədbirdə Məktəb rəhbərliyi,kollektivi,ETİHİ Yevlax Şəhər Komitəsinin mütəxəssisi Dərya Abdullayeva,məktəbin Gənclərin Çağırışaqədərki hazırlıq müəllimi ,lIVətən müharibəsi iştirakçısı və qazisi Bayram Hüseynov iştirak edib.
Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edilib,Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı ETİHİ Yevlax Şəhər Komitəsinin mütəxəssisi Dərya Abdullayeva çıxış edərək Azərbaycan şəhidlərinin yazdığı Qələbə tarixi barədə məlumat verib.
O, həmçinin AHİK və ETİHİ - nin hər zaman şəhid ailələrinə,övladlarına ,qazilərə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib.
Sonda xatirə şəkilləri çəkilib







