Xəbərlər
Yevlax şəhərində fəaliyyət göstərən Ağdam 23 nömrəli məktəbdə görüş
16/01/2026, 12:46

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq bu gün Yevlax şəhərində yerləşən Ağdam rayon 23 nömrəli tam orta ümumtəhsil məktəbində görüş keçirdik. Görüş zamanı suallar səsləndirildi, təkliflər dinlənildi və qaldırılan məsələlərə yerində müvafiq cavablar verildi.
Eyni zamanda Həmkarlar İttifaqının fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, üzvlərin hüquq və öhdəlikləri barədə məlumat təqdim olundu. Bu cür görüşlər üzvlərlə əlaqələrin möhkəmləndirilməsi və mövcud məsələlərin yerində müzakirəsi baxımından əhəmiyyətlidir.







