“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlaxda 1 İuun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.

01/06/2025, 12:07
xeber1

Yevlaxda 1 İuun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.

Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsinin birgə təşlikatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid, qazi,müharibə əlillərinin övladları üçün bayram tədbiri keçirilib.Tədbirin məqsədi uşaqlara sevgi ,qayğı və diqqət göstərmək , onlara bayram sevinci yaşatmaqdır.

Yevlax Şəhər İcra Hakimiyyətinin müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Ümummilli Lider Heydər Əliyevin “ Uşaqlar bizim sevincimiz,xoşbəxtliyimiz ,cəmiyyətin gələcəyidir” sözləri ilə çıxışına başlayıb.O,uşaqlara xoş arzularını çatdıraraq , onlar üçün təşkil edilmiş tədbirdə əylənməyə çağırıb.

Bayram tədbirinin gedişində müxtəlif nağıl personajları tərəfindən kompazisiyalar təqdim edilib. Uşaqlar mahnılar ifa edib, vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Sonda Uşaqlarla bayram tortu kəsilib , onlara hədiyyələr təqdim edilib.

Tədbirin təşkilində göstərilən dəstəyə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cənab Araz Paşayevə xüsusi təşəkkürümüzü bildiririk

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: