“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir.

19/01/2025, 12:34
xeber1

Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir.

Yevlax Şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir.Konfransda Yevlax Şəhər İcra Başçısının müavini - ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri ,Mərkəzi Aran Regional Təhsil İdarəsi,rayonda fəaliyyət göstərən bir sıra idarə ,müəssisə və təşkilatların məsul şəxsləri ,eləcə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Yevlax Rayon Komitəsinin sədri ,şəhid ailələlərinin üzvləri,qazilər,veteranlar,təhsil işçiləri ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.

Konfrans Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlandı.Xalqımızın Ümummilli Lideri Heydər Əliyev və 20 Yanvar faciəsində ,torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Çıxışlar dinlənildi ,ədəbi-bədii kompozisiya nümayiş olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: