“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlaxda 27 sentyabr - Anım Günü münasibətilə ehsan süfrəsi təşkil edilib

27/09/2026, 10:01
xeber1

Yevlaxda 27 sentyabr - Anım Günü münasibətilə ehsan süfrəsi təşkil edilib

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri,təhsil işçiləri ,məktəb rəhbərləri,ETİHİ Yevlax Şəhər komitəsinin sədri ,ictimaiyyət nümayəndələri, Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, din xadimləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların ruhuna dualar oxunub, müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, 44 günlük Vətən müharibəsinin şəhidi, baş leytenant Ceyhun Əyyubovun anası Arzu Əyyubova və Vətən müharibəsi iştirakçısı, Yevlax şəhər 7 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, mayor Zəfər Adıgözəlli çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz fədakarlıqdan söz açıblar.

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: