“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlaxda 500-dən artıq bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati bimasında görüş keçirilib

13/09/2025, 11:56
xeber1

Yevlaxda 500-dən artıq bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati bimasında görüş keçirilib.Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Elm və Təhsil İşçiləri Həmkarlat İttifaqı Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova və məktəb direktorları iştirak ediblər.

Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışmış, yüksək nəticə göstərən məzunları təbrik edərək, onlara gələcək həyatlarında nəaliyyətlər arzulayıb.

Görüş zamanı çıxış edən Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova,ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova və rayonun ümumtəhsil məktəblərinin direktorları 500-də artıq bal toplayan məzunları təbrik edib,gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Tədbirin gedişində qeyd olunub ki, bu il Yevlax rayonunun ümumtəhsil məktəblərini bitirən 1033 məzundan 622 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 354 nəfər müxtəlif ali təhsil müəssisələrinə daxil olmuş, 40 nəfər məzun 500-dən, 15 nəfər isə 600-dən yüksək bal toplayıb.

Tələbə adını qazanmış bütün məzunları təbrik edirik

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: