“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

· Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib.

19/02/2026, 10:50
xeber1

6d

 

·


Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin mütəxəssisi Dərya Abdullayeva, Yevlax rayon Ağsaqqallar şurasının üzvləri, Vətən müharibəsi qaziləri, veteranlar, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla anılıb.

Daha sonra videofilm nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova , YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova, Yevlax rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Pərviz Hüseynov, Yevlax rayon Ağsaqqalar şurasının üzvləri Hümbət Əhmədov və Vahid Quliyev öz çıxışlarında bildiriblər ki, Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərib. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşıb. Müasir dövrümüzdə Birinci vitse-prezidentimiz və “yumşaq güc”ün rəmzi olan hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti bu mənada örnək təşkil edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: